Ağsu rayon Mərkəzi Xəstəxanasında görünməmiş qanunsuzluq höküm sürməkdədir. Belə ki, Bakunews.az-a müraciətdən rayon sakini, Anar Rəsulbəyli fiziki və əqli məhdudiyyətli olaraq doğulmuş qardaşı Rəsulov Ramal Əlifağa oğluna qarşı Mərkəzi xəstəxanada olan laqeyid münasibətdən söz açıb. O məktubunda qeyd edir ki, Ağsu rayon Mərkəzi Xəstəxanasında qanunsuzluq və vəzifədən sui-istifadə halları müşahidə edilməklə yanaşı dinc əhalinin haqqı olan məsələlərdə rüşvət tələbi yüksək yer almaqdadır. Dəfələrlə RMX-ya gedərək fiziki və əqli məhdudiyyətli olaraq doğulmuş qardaşı Ramalın əlilik dərəcəsinin verilməsini istəsədə buna heç cürə şərait yaradılmamaqdadır. Məlumatla yanaşı qeyd etmək istərdik ki, bu gün Ağsu rayonunda DSMF-nin fəaliyyətində heçdə şəfavlıq qeydə alınmayır. Bir müddət əvvəl DSMF-nin əməkdaşı Altay adlı şəxsin rüşvət qalmaqalı və media nümayəndələrinə hətta rüşvət təklifi rayonun imicinə böyük zərbələr vurmuşdur.
Anar Rəsulov qeyd edir ki, 1983-cü il təvəllüdlü Rəsulov Ramal Əlifağa oğlu, fiziki və əqli məhdudiyyətli olaraq doğulmuşdur və bütün təbii ehtiyaclarını köməklik olmadan edə bilməyən şəxsin əlilik dərəcəsi alması o qədər müşkül məsələyə çevrilib ki, hətta arada səhvmi edirik tələbimizdə deyə düşüncələrə də qapılırıq. Qardaşı, Anar Rəsulbəyli bizə müraciət edərək bildirir ki, Rayon Mərkəzi Xəstəxanasına, əlillik sənədlərinin hazırlanması ilə bağlı dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq, xəstəxananın müvafiq bölməsinin məsul həkimi (baş həkimin müavini) Əli Hüseynov, qardaşıma düşməli olan əlillik dərəcəsini DSMF-nin həkim komissiyasında baxılmasına imkan vermir. Qardaşımın Bakıya aparılmasını, orda bir müddət xəstəxanada yatmasını tələb edir. Qardaşım Ramal Rəsulovun "Əsgərliyə hansı səbəbdən aparılmamışdır?" sualını verdikdə isə, susur və məsələyə laqeyd yanaşdığı ortaya çıxır.
Anar Rəsulbəyli, süni şəkildə yaradılan bu problemlərin, rüşvətlə bağlı olduğunu qeyd edir və çıxış yolunu, anasını, qardaşını və özünü xəstəxananın qarşısında yandıraraq, intihar etməkdə görür. Həmçinin, həkimlərin bu cür hərəkətlərinin DSMF ilə bağlılığının olduğunu və bununla yanaşı vətəndaşlara zülm edənlərin Prezident İlham Əliyevə yalan məlumatlar verərək əhalinin hansı halda olduğundan xəbərinin olmasının qarşısını almaqda olduqların vurğulayıb. Nazir Səlim Müslümovunda məhz əslən ağsudan olması amma ağsu daxilindədə ayrı seçkilik qoyulması müşahidələrdən yan keçməyən əsaslı faktlardır. Belə ki, Səlim Müslümovun doğulub boya başa çatdığı kəndin sakinləri hər tərəfli sosil yardım və pensiyalarla təmin edilir. Amma ağsunun digər kəndlərində və şəhərində yaşayan şəxslər həmçinin digər rayon sakinləri bu cür operativ xidmətdən məhrum edilməkdədir. Görünən odur ki, Azərbaycanda Ağsunun Pirhəsənli kəndinin sakinlərindən başqa nazirliyin xidmətindən razı qalan şəxsin tapılması mümkünsüz hala çevrilib. Azərbaycanda ən böyük ünvanlı sosial yardımı belə Ağsunun Pirhəsənli kənd sakini almaqdadır. Prhəsənli kənd sakinlərinə göstərilən qayğının yarısı belə Azərbaycanın heç bir bölgəsində heç bir kəndində belə əhaliyə hiss etdirilmir.
Ağsu rayon Mərkəzi Xəstəxanasında baş verənlər ilk və sonuncu müşkül məsələlər deyildir. Şəkər diabetli xəstələrin dərmanlarının vaxtında verilməməsi dövlət tərəfindən verilən imtiyazlardan dinc əhalinin yararlana bilməməsi halları ilə tez-tez qarşılaşmaqdayıq. Bütün bunlar sakinləri ciddi narahat edən amilərdəndir. Xəstəxananın baş həkiminin müavininin qanunsuz tələbləri bitmək bilmir. Əli Hüseynovun xəstə şəxsin qanuni haqqını onun komissiyadan keçməsinə rəy verməməsinin əsas səbəbini Anar Rəsulbəyli rüşvət istəməsi ilə əlaqələndirməkdədir. Rüşvətin isə məbləği düputat maaşının iki mislidir deyə qeyd edilir...
Ağsu rayon Mərkəzi Xəstəxananən baş həkimin müavini Əli Hüseynovla bağlı müdiada yayılan məlumatlara nəzər saldıqda bu şəxsin fəaliyyəti dövründə müsbət xarakterizə edilmədiyini görmək mümkündür. Əli Hüseynov barəsində dərc edilən məqalələr məhz rüşvət qanunsuzluq kimi qeyd edilən motivli yazılardan ibarətdir.
Mövzu diqqətimizədir!
Qarşı tərəfdə öz fikirlərini bildirə bilər
Bakunews.az