Quba-Xınalıq yolunda qar uçqunu: Kəndlərlə əlaqə kəsildi

Bu gün şəhər saatlarında Quba-Xınalıq yolunda qar uçqunu baş verib.

AzBaku.info APA-ya istinadən verdiyi məlumata görə, yolun 35-ci km-dən 37-ci km-nə qədər olan dörd yerdə qar uçqunu qeydə alınıb.

Yolda avtomobillərin hərəkəti dayanıb.

Hazırda yolun qardan təmizlənməsi üçün əraziyə texnika cəlb olunub.

Bu istiqamətdə olan kəndlərlə əlaqə kəsilib.