Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam

Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam

2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılır.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Maliyyə Nazirliyi maliyyələşməni təmin etməlidir.

"Yüksəliş" müsabiqəsinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.