Yol polisi iş görür – AA nömrəli avtomobilin sürücüsü ona əngəl olur - VİDEO

Maşını düz piyada zolağının üstündə saxlamaqla yanaşı polisə siqnal da verir
Dünən səhər saat 10:15 radələrində Nəsimi rayonu Səməd Vurğun küçəsi ilə akademik Həsən Əliyev küçəsinin kəsişməsində işıqfor işləmədiyi üçün ərazidə yol polisi əməkdaşı xidmət aparıb və hərəkəti tənzimləyib. Şəkildən göründüyü kimi, qara rəngli, “Toyota” markalı, 90-AA-479 nömrə nişanlı avtomobilin sahibi yol polisinin hərəkəti tənzimləməsinə kobud maneçilik törədib. Bu barədə Avtosfer.az-a şahidlər məlumat verib. Bildiriblər ki, bütün maşınlar eyni qaydada “Stop” xəttində yol polisinin əmrinə uyğun olaraq gözlədiyi halda 90-AA-479 nömrəli avtomobilin sürücüsü maşını düz piyada zolağının üstündə saxlamaqla yanaşı aradabir siqnal verib ona mane olub. Digər sürücülər onun bu hərəkətlərini ədəbsizlik kimi qəbul etdikləri üçün görüntüləri Avtosfer.az-a göndəriblər və həmin sürücünün ictimai qınağa, eləcə də inzibati məsuliyyətə cəlb olunmasını istəyirlər