Görünür ki, bizim insanlarımızın canlarının bir yumurta naminə əldən getməsi cənab Məlikovun vecinə belə deyil. Əgər vecinə olsaydı bu "kütləvi qırğın silahı”nı ölkəmizə gətirməz, insanlarımızı sağalmaz dərdlərə mübtəla etməzdi.
İnsan sağlamlığına ciddi ziyan vuran kimyəvi tərkibli yumurtalar ölkəmizə necə daxil olur? Ölkənin qida təhlükəsizliyndən məsuliyyətli olan qurumlar hara baxır …
Son zamanlar sosial şəbəkələrdə kimyəvi tərkibli yumurtalar əsas müzakirə obyektlərinə çevrilib. Sosial şəbəkələrdə yayılan videolardan da görünür ki, yumurtalar qaynadıqdan sonra politilenə çevrilirlər. Bəs bu yumurtalar ölkəyə necə daxil olur? Ölkənin qida təhlükəsizliyndən məsuliyyətli olan qurumlar hara baxır və bəzən sosial şəbəkələrdə "kütləvi qırğın silahı” olaraq da tanıdılan bu yumurtaların satışı niyə qadağan olunmur?
Bu suaların cavabını tapmaq üçün Rubrika.az olaraq yola çıxdıq. Və açığı deyək ki, apardığımız jurnalist araşdırmasının nəticələri bizi belə mat qoydu. Çünki biriləri məhz pul qazanmaq naminə bu ölkənin vətəndaşlarının genefondunu məhv etməklə məşğul olur. Bilərəkdən və məhz pul qazanmaq naminə…
Maraqlıdır ki, Azərbaycanın qida təhlükəsizliyindən məsuliyyətli olan qurumlar və bu qurumların vəzifəli şəxsləri də dükan və marketlərdə xalqımızın genefondunu məhv edən ərzaqların, ayrıca olaraq isə yumurtaların satışına göz yumurlar. Niyə?.. Bu sualın da cavabını çox maraq edirik və əslində həmin qurumlardan bir açıqlama da gözləyirik.