Bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan deyib
Bakı-Tbilisi-Qars dəmir yolu xətti Naxçıvana qədər artırılacaq.AzBaku.info Avtosfer.az-ya istinadən xəbər verir ki. bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan deyib. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Üçtərəfli Koordinasiya Şurasının Qarsda keçirilən toplantsında çıxış edən Ə.Arslan deyib ki, dəmir yolu xəttinin daha səmərəli vəziyyətə gətirilməsi üçün işlər həyata keçirilir.
İqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev və "Gürcüstan Dəmir Yolu” SC-nin sədri David Peradzenin də qatıldığı topıantəda nazir Əhməd Arslan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin perspektivli layihə olduğunu söyləyib: "Bu layihənin daha səmərəli, daha yaxşı işləməsi üçün hər üç ölkə tərəfindən iş aparılır. Toplatımızın sonunda əlaqələrimizin daha da inkişaf etdirməsi adına müsbət və məhsuldar qərarlar alacağıq. Bakı-Tbilisi -Qars həm ölkəmiz, həm də Azərbaycan və Gürcüstan üçün əhəmiyyətlidir. Bu layihə Şərq-Qərb, Avropa ilə Asiya arasında nəqliyyat koridoru rolu oynayır. Odur ki, bu koridorun əhəmiyyətini artırmaq və daha məhsuldar, səmərəli hala gətiriməyin yolları üzərində düşünürük. Qarsda yaratdığımız Loqistika Mərkəsi də bu layihənin əhəmiyyətinin artırılması üçün bir addımdır. Bundan sonra, Qars-İğdır-Naxçıvan üzərindən də bir xətt çəkərək bu layihəni daha mənalı, daha məhsuldar hala gətirəcəyik ".