Qarşıdan 8 mart beynəlxalq qadınlar günü gəlir. Hər zaman olduğu kimi bu il də 8 mart bayramı münasibəti ilə məktəblərdə müəllimlərə hədiyyə almaq üçün pul yığımına başlanıb.
Övladı Xətai rayonunda yerləşən 27 saylı orta məktəbdə təhsil alan adının çəkilməsini istəməyən valideynlərdən biri, PressClub.Az-a deyib ki, dünən uşağına sinif rəhbəri tərəfindən tapşırıq verilib: “Qızıma və sinif yoldaşlarına deyiblər ki, bu gün – 8 marta görə 35 manat gətirin. Mən də kasıb adamam, bu qədər pulu haradan verim? Bəs məktəblərdə rüşvət yoxdu deyirdilər”.
Məsələ ilə bağlı sözügedən məktəblə əlaqə saxladıq. Məktəbdə özünü təlim-tərbiyyə üzrə müavin kimi təqdim edən xanım bildirdi ki, heç bir şagirddən pul alınmır: “Şagirdlər müəllimlərini təbrik etmək istəyirlərsə, buna qarışa bilmərik. Amma pul yığılması söhbəti yalandır”.
AzBaku.info