Serbiya uzaqmənzilli ballistik raket istehsal edəcək

Serbiya uzaqmənzilli ballistik raket istehsal edəcək

Bir ildən sonra Serbiya uzaqmənzilli ballistik raketlərin istehsalına başlayacaq.

Bunu Prezident Aleksandar Vuçiç Serbiya-Özbəkistan Biznes Forumunda çıxış edərkən deyib.

O qeyd edib ki, ölkəsi bununla bağlı Özbəkistanla əməkdaşlığa hazırdır.

"Müdafiə sənayesində böyük nəticələr əldə edə bilərik. Hazırda Serbiya yaxınmənzilli raketləri istehsal edir. Bir ildən sonra biz uzaqmənzilli ballistik raketlərin istehsalına başlayırıq və bu məsələdə də sizinlə əməkdaşlıq etməyə hazırıq", - deyə Vuçiç Belqradda keçirilən forumun açılışındakı çıxışında özbəkistanlı iş adamlarına bildirib.