Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub

Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı Hacıbaba Babayev sentyabrın 29-da kollektivə təqdim olunub.

Mərasim Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə baş tutub.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib, ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

H.Babayev ona göstərilən etimada görə minnətdarlıq edib.

Qeyd edək k, H.Babayev Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 28-də Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.