
Humanitar sahədə əməkdaşlıq əsas istiqamətlərdən biridir. Laçın şəhərinin Birliyin mədəniyyət paytaxtı elan edilməsi haqqında qərarı dəstəklədiklərinə görə MDB dövlət başçılarına minnətdarlığımı bildirmək istəyirəm.
Bunu Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında bildirib.
"Ötən il Laçında keçirilmiş genişmiqyaslı tədbirlər qonaqlarımıza bu diyarın zəngin və qədim tarixi ilə daha yaxından tanış olmağa imkan yaradıb. Qonaqlarımız onun sürətli dirçəlişinin, eləcə də aparılan yenidənqurma işlərinin miqyasının canlı şahidi oldular", - dövlət başçısı qeyd edib.


