Rusiya ordusu Donetsk vilayətində qəsəbəni "Smerç" raketləri ilə vurub, ölənlər var

Rusiya ordusu Donetsk vilayətində qəsəbəni "Smerç" raketləri ilə vurub, ölənlər var


Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinin Çerkasske qəsəbəsinə zərbələri nəticəsində 13 yaşlı qız da daxil olmaqla 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bu barədə Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, Rusiya ordusu bu gün səhər saatlarında qəsəbəni “Smerç” reaktiv yaylım atəşli sistemindən kaset döyüş başlığı ilə atəşə tutub. Mərmilərdən biri fərdi yaşayış evinə düşüb.

Filaşkin hücum nəticəsində bütöv bir ailənin həyatını itirdiyini bildirib.

O, yaşayış məntəqəsinə kaset sursatlarından istifadə edilməsini mülki əhali arasında mümkün qədər çox itkiyə səbəb olmaq cəhdi kimi qiymətləndirib.