
Estoniya Rumıniya sahillərində göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu ticarət gəmisinə Rusiyanın pilotsuz uçuş aparatı ilə endirdiyi zərbəni pisləyib.
Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna "X" sosial şəbəkəsində yazıb.
"Rusiyanın pilotsuz uçuş aparatının Rumıniya sahillərində ticarət gəmisinə endirdiyi zərbə bu ölkənin Qara dənizdəki siyasətinin növbəti eskalasiyası deməkdir. Həlak olan şəxsin ailəsinə başsağlığı verirəm. Fikirlərim hələ də itkin düşmüş hesab olunanlar və onların yaxınları ilədir", - o yazıb.
M.Tsahkna vurğulayıb ki, Rusiyanın ticarət gəmilərinə təkrar hücumları beynəlxalq hüququ pozur, dinc insanların həyatını təhlükəyə atır və gəmiçilik azadlığını sarsıdır: "Estoniya Rumıniya ilə tam həmrəy olduğunu bildirir, eyni zamanda ölkə Aİ və NATO-dan olan tərəfdaşları ilə sıx əməkdaşlığı davam etdirir".
Qeyd edək ki, bu gün Komor adaları bayrağı altında üzən göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu "Xorev" ticarət gəmisi pilotsuz uçuş aparatının zərbəsindən sonra Qara dənizdə batıb. Rumıniyanın Baş naziri Luka Nikulesku Rusiyanın Qara dənizdə göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu "Xorev" ticarət gəmisinə hücumunu pisləyib.


