Milli Məclis yaşayış minimumu və ehtiyac meyarının həddini müzakirə edir

Milli Məclis yaşayış minimumu və ehtiyac meyarının həddini müzakirə edir

Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında 2027-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihələri müzakirəyə çıxarılıb.

Büdcə zərfində bu məbləğin 314 manat olması təklif olunur.

O cümlədən yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyən edilir.

Qanun layihələri qəbul olduğu təqdirdə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.