Azərbaycanda dəhşət: Qardaş bacısını öldürərək basdırdı

Goranboy rayon sakini bacısını qətlə yetirib.

AzBaku.info report-a istinadən xəbər verir ki, hadisə İrəvanlı kəndi ərazisində baş verib.

Belə ki, yerli sakinlər kəndin ərazisində basdırılmış qadın meyiti aşkar ediblər və dərhal polisə məlumat verilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda meyitin basdırıldığı yerdən çıxarılması işləri aparılır.

İlkin məlumata görə, qadın bir müddət əvvəl qardaşı tərəfindən qətlə yetirilərək basdırılıb.