
Bu gün Xəzər rayonunun Türkan bağlar yaşayış massivində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 23-də saat 10:00-dan işlər başa çatanadək qeyd olunan ərazinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.


