Əbülfəz Məlikov meyvə bazarına əl qoydu

Uzun müddət yerli mətbuatın gündəmində olan, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun yaxın adamı və kassası kimi tanınan Əbülfəz Məlikov barədə yeni faktlar ortaya çıxıb.Aynur Camalqızına və həyat yoldaşı İlqara həvalə edilən sahələrində Əbülfəz Məlikovla şəriyi kimi tanınan Şamilə həvalə ediləcəyi barədə məlumatlar yayılmaqdadır.

Bu barədə BakuNews.az xəbər verir ki, Saytın bir neçə mənbədən dəqiqləşdiyi məlumatda bildirilir ki, ölkənin bir çox sahəsini monopoliysti kimi tanınan Əbülfəz Məlikov artıq meyvə bazarına da əl qoymaq üçün hərəkətə başlayıb. Bütün hallarda Əbülfəz Məlikovun heç bir sahədə adının keçməməsi göstərişi verilməsinə baxmayaraq monopolist özünə hakim ola bilməyərək bütün sahələrdə yenidən aktivləşmək qərarına gəlib. Bu sahədə isə ona yaxından köməklik göstərən şəxsin isə Şamil "Kargo Şamil" ləqəbi ilə tanınan ən yaxın dostunun yardım etməsi göstərilən məlumatlarda yer almaqdadır.

Bir müddətdir ki, karqo şirkətlərinin qanunsuz fəaliyyətinə yaradılan maneələrdən sonra bu yolla böyük pulların mənimsənilməsinin mümkün olmadığını anlayan Ə. Məlikov ölkəyə idxal olunan müyvə-tərəvəz məhsullarının inhisarını nəzarət altına almağı bacarıb.

Əldə etdiyimiz məlumata görə, ona bu işdə himayədarı Kəmaləddin Heydərovun dəstək verdiyi bildirilir.

İddialara görə, artıq Azərbaycana gətirilən meyvə-tərəvəz məhsulları Məlikovun sərəncamında olan şirkətlərin adına (Şamilin idaərəsində olan işçiləri tərəfindən) sənədləşdirildikdən sonra bazara daxil olur. Bu yolla dövlətə ödənilməli olan milyonlarla verginin Məlikovun cibinə getdiyi də verilən məlumatlar arasındadır. "Kargo Şamil" Əbülfəz Məlikovun itirdiklərini yeni sahibi kimi ad qazanmaqda sürətlə ilərləməkdədir. Etibarlı şəxslərin verdiyi məlumatlarda isə Şamil adlı şəxsin Əbülfəz Məlikovun keçmişdə idarəsində olan bütün inhisarların hər birinə yiyəlik etmək üçün təlimatlandırıldığı qeyd edilməkdədir. Məsələnin ciddiyyəti o qədər yüksəkdir ki, artıq ölkəyə fakturasız məhsul gətirilməsindən tutmuş qeyd edilməsi mümkün olan çoxsaylı əməliyyatlarda iştirakı DGK tərəfindən göz yumulmaqdadır. Məlumatda həmçinin Əbülfəz Məlikovun gördüyü bütün işlərin seçki sonrası Şamil adlı kargo sahibinə həvalə edilməsidə gözlənilir deyə qeyd edilməkdədir.

Mövzu ilə bağlı yaxın günlərdə daha ətraflı araşdırma yazısı təqdim edəcəyik.

Yazıda adları keçən şəxs və qurumların mövqeyin dinləməyə hazırıq.

BakuNews.az