Gəncədə iki nəfərin ölümü ilə nəticələnən qəzanın ilkin səbəbi bəlli olub.
AzBaku.info APA-ya istinadən xəbərinə görə, ilkin ehtimala görə, hərəkətdə olan avtomobilin qarşısına it çıxıb.
İti vuran avtomobil idarəetməni itirərək yolun kənarına aşıb.
Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Meyitlər deformasiyaya uğrayan avtomobilin salonundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.