Rafiq Hüseynovla vida mərasimi keçirilir - FOTO

Azərbaycanın Xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi keçirilir.

AzBuku.info-nun APA-ya istinadla məlumatına görə, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunan vida mərasimində mərhumun ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edir.

Vida mərasimi saat 12:00-dək davam edəcək.