Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib

Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib

“Texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası” təsdiqlənib.

Nazirlər Kabineti bu barədə qərar verib.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə birbaşa tanınma nəzərdə tutulduğu hallar istisna olmaqla, arici mənşəli uyğunluq sənədləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq onların həqiqiliyi və müqavilə şərtlərinə uyğunluğu müəyyən edilməklə tanınır.

Beynəlxalq müqavilədə nəzərdə tutulmuş birbaşa tanınma hallarında təsərrüfat subyekti tərəfindən xarici mənşəli uyğunluq sənədi uyğunluğu qiymətləndirən qurumlara deyil, bilavasitə gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanına təqdim edilir. Xarici mənşəli uyğunluq sənədləri bu Qayda ilə müəyyən edilmiş qaydada tanınmadıqda və ya bu cür sənədlər olmadıqda, təsərrüfat subyekti həmin malların idxalından əvvəl onların müvafiq milli texniki reqlamentə uyğunluğunun qiymətləndirilməsini təmin etməlidir.

Bu Qayda Azərbaycan Respublikasına idxal edilən barəsində milli texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul olunmuş mallara şamil edilir.Tanınma uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir. Tanınmış xarici mənşəli uyğunluq sənədləri həmin sənədlərdə qeyd olunan mal vahidinə, mal partiyasına və ya seriyalı istehsala şamil edilir.

Xarici mənşəli uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin tərtibi zamanı Azərbaycan Respublikası ərazisində malın müvafiq texniki reqlamentin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə müayinəsinin, tədqiqlərinin və ya sınaqlarının aparılması üçün tələb olunan sınaq laboratoriyası olmadıqda xarici mənşəli sınaq nəticələrinin tanınması həmin sınaq laboratoriya

nəticələrini təqdim etmiş xarici dövlətlərin sınaq laboratoriyasını akkreditasiya edən müvafiq akkreditasiya orqanının Azərbaycan Respublikasının milli akkreditasiya orqanının da üzvü olduğu beynəlxalq və ya regional akkreditasiya təşkilatına üzvü olduğu və (və ya) uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyətin müvafiq növləri ilə bağlı belə təşkilatla qarşılıqlı tanınma sazişinin mövcudluğu halında mümkündür.

Keyfiyyət informasiya sistemi vasitəsilə yaradılmayan və qeydiyyatı aparılmayan xarici mənşəli uyğunluq sənədlərinin tanınması haqqında qərarın, habelə onun qüvvəsinin dayandırılması, bərpası və ləğvi barədə qəbul edilmiş qərarların istifadəsinə yol verilmir