Sürücülər Zabrat-Maştağa yolunda yerləşən diaqnostika şöbəsinə müraciət etməlidirlər

Sabahdan bu sürücülər üçün 50, 100 və 300 manatlıq cərimələr başlayır...Avtoxəbər31 Oktyabr 2017 00:011029 dəfə oxunubSabahdan bu sürücülər üçün 50, 100 və 300 manatlıq cərimələr başlayır...Sürücülər Zabrat-Maştağa yolunda yerləşən diaqnostika şöbəsinə müraciət etməlidirlər
Yük avtomobilləri və avtobusların texniki baxışdan keçmə müddəti sabah (Oktyabrın 31-də) başa çatır. AzBaku.info Avtosfer -ə istinadən xəbər verir ki, texniki baxışdan keçməyən fiziki şəxsləri 50 manat, vəzifəli şəxsləri 100 manat, hüquqi şəxsləri isə 300 manat məbləğində cərimə gözləyir. Sürücülər bununla bağlı Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika şöbəsinə müraciət etməlidirlər.
Qeyd edək ki, yük avtomobilləri və avtobusların texniki baxışı 1 avqust-31 oktyabr tarixləri aralığında keçirilir. İcazə verilən müksimum kütləsi 3.5 ton və daha az olan yük avtomobilləri istehsal olunduqdan sonra 5-ci, 7-ci, 9-cu, 11-ci il və sonra hər il texniki baxışdan keçməlidir. İcazə verilən kütləsi 3.5 tondan yuxarı olan yük avtomobilləri isə istehsal olunduqdan sonra 2-ci il və hər il texniki baxışdan keçməlidir. Avtobuslar da istehsal olduqdan sonra 2-ci il və daha sonra hər il texniki baxışdan keçməlidir.