Elburus Muradov 30 minlik əhalisi olan şəhəri susuz qoyub - VİDEO

Son dönəm baş verən məlum olaylardan sonra bəzi şəhərlərdə məmur özbaşınalığı artıq pik həddə çatmaqdadır. Məlum devalvasiya, qiymət artımı, ictimai qınaq, yerlərdə məmur müdaxiləsi və digər təsirlərlə qarşı-qarşıya gəlmək məcburiyyətində qalmış əhali, ətraf təsirlərdən korroziyaya uğrayan metal obrazını xatırladır. Dəfələrlə idarə və dövlət qurumlarına ölkə rəhbərinin sərt tapşırıqlarına baxmayaraq müəssisə rəhbərləri öz bildiyi kimi xalqla davranmaqdadırlar. Beləki Zaqatalada içməli su tapmayan 30 min əhali artıq nə edəcəyin belə bilmir. Səbəb göstərilmədən su verilməsi dayandırıldığından insanlar artıq hardan necə su tapmaq mümkünlüyünü araşdırmağa çıxıb. Rayona təyin edilən Su Kanal İdarəsinin rəisi isə bu barədə sakinlərə heç bir məlumat vermir. Əhalini zorla dövlətdən narazı salınması təmin edildiyi müşahidə edilməkdədir.

BakuNews.az-a Zaqatala Su kanal idarəsinin rəisi Elburus Muradovun əhaliyə qarşı laqeyd yanaşdığı qeyd edilən video müraciət ünvanlanıb. Müraciət də qeyd edilir ki, bir həftədən çox vaxtır rayon əhalisi içməli su üzünə həsrətdir. E.Muradovun isə bu məsələ heçdə vecinə deyil –deyə sakinlər qeyd edirlər. Şikayətçi bildirir ki, son zamanlar havaların isti keçməsinə baxmayaraq Zaqatala rayon ərazisində yağıntılar durmaq bilməyib. Amma buna baxmayaraq yenədə içməli su tapmaq vətəndaşlar üçün problemə çevrilib. Bunun hansı səbəbdən yarandığını vətəndaşlar bir mənalı olaraq belə şərh edir ki, qablaşdırılmış suların satılması məqsədi ilə qəsdən və bilərəkdən su qıtlığı yaradılmaqdadır. İşbazlarla sövdələşdiyi güman edilən idarə rəisinin rayona su verməməsinə başqa ad qoya bilməyən sakinlər yuxarı dairələrdən məsələyə müdaxilə edərək onları həyat mənbəyi olan içməli su ilə təmin etməklərini istəyirlər. 30 min əhalisi olan rayon içməli su üzünə həsrət qalıb amma yerli idarə bunu heç vecədə almamaqdadır.

Mövzuya qayıdacağıq


Yazıda adı keçən şəxs və qurumların mövqeyin dinləməyə hazırıq.
Bakunews.az