
Yəmənin hökumət qüvvələri Bab əl-Məndəb boğazını və Perim adasını tamamilə nəzarətə götürüb, "Cənub nəhəngləri" briqadaları isə Dhubab rayonunda husilərlə toqquşmalara girərək onlardan bir neçəsini əsir götürüb.
Bu barədə hərbi mənbələrə istinadən "Al Arabiya English" məlumat yayıb.
Məlumata görə, "Cənub nəhəngləri" briqadaları Dhubab rayonunda husi yaraqlılarının tututlmasını əks etdirən foto və videolar yayımlayıb.


