Türkiyədə tanınmış azərbaycanlı iş adamının qatili tutuldu - FOTO
Azərbaycanlı iş adamı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Oxu.Az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, hadisə İstanbulda - İsmayılovun Floryadakı ofisində baş verib.
G.Dəmirov və E.İsmayılov arasında mübahisə yaşanıb. Nəticədə, Gözəlov İsmayılovun başından iki, ürəyindən isə bir güllə vurub.
Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi
Qeyd edək ki, Etimad İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.
2011-ci ildə ailə quran S. Nuriyeva ilə E.İsmayılovun İlyas adlı dörd yaşlı oğulları var.
Gözəl Dəmirov kimdir?
KİV-in məlumatına əsasən, Gözəl Dəmirov 90-cı illərin əvvəllərində Daxili İşlər Nazirliyində idarə rəisi olub, istefada olan polkovnikdir.
Türkiyədə bir neçə şirkətə sahib olan Gözəlovun Azərbaycanda biznesinin olduğu iddia edilir.
Dəmirovun “Fənərbaxça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.
Qeyd olunur ki, Etimad İsmayılovun qətli ilə əlaqədar daha bir nəfər həbs edilib. Türkiyə KİV-də həmin şəxsin fotosu da yayılıb.