"Salyanski kazarma"nın hasarı uçdu - Maşınlar bu hala düşdü - VİDEO

Bu gün Bakıda yağan yağış paytaxtda bir sıra fəsadlara yol açıb.

Yenicag.az xəbər verir ki, güclü yağış nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzinin də hasarı uçub.

Keçmiş “Salyanski kazarma”nın hasarının daşları yaxınlıqda dayanan maşınların üzərinə aşıb, avtomobillər yararsız hala düşüb.