Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Qənirə Paşayeva Azərbaycan Tibb Universitetində (ATU) Tələbələr və Gənc Həkimlərin IV Beynəlxalq Tibb Konqresində çıxış edib, bir sıra vacib məqamlarla bağlı çağırış edib.
AzBaku.info Axar.az =istinadən xəbər verir ki, millət vəkili ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar, əldə edilmiş uğurlar və həllini gözləyən problemlərə toxunub və bildirib ki, indi 3 ciddi istiqmətdə işlərin daha da surətlənməsinə böyük ehtiyac var: savadlı həkimlərimizin daha da artmasına, tibb profilaktikanın və əhalinin tibbi maarifləndirməsinin güclənməsinə və erkən diaqnostikaya.
”Biz az əvvəl foyedə gənclərin tədqiqatları ilə tanış olduq. Mən çox sevindim. Bu cür gənclərimizin sayının daha da artmasına ehtiyac var. Onlar tədqiqatlarının tətbiq dairəsindən də danışdılar və bu çox vacib məsələdir. Bizim dövrümüzdə Tibb Universitetində bu günkü imkanların əksəriyyəti yox idi, amma siz indi bu imkanlara sahibsiniz və bunu dəyərləndirərək daha da yaxşı oxumalısınız ki, əsl peşəkar olaraq millətin sağlamlığının yüksək səviyyədə keşiyində dura biləsiniz”, - millət vəkili vurğualyıb.
Q.Paşayeva bu cür beynəlxalq elmi tədbirlərin keçirilməsinin böyük əhəmiyyətindən də xüsusi danışaraq təşkilatçıları təbrik edib, konqresin işinə uğurlar diləyib.