Batumidə azərbaycanlı turist deltaplanla dənizə düşdü

Batumidə deltaplanla uçan azərbaycanlı və ukraynalı turistlər Qara dənizə düşüblər.

AzBaku.info-nun Trend-ə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd olunur ki, aparat uçmağa cəhd göstərdikdən sonra dərhal dənizə düşüb. Xilasedicilər aparat və iki turisti xilas edə biliblər.

Deltaplan 15 metr yüksəkliyindən düşüb.