Rusiyanın Krasnodar vilayətinin Novorossiysk şəhər məhkəməsi 15 yaşlı Yelaterina Bibiki zorlayaraq öldürən 2 Azərbaycan vətəndaşına hökm oxuyub.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 30 yaşlı Anar Əlizadə 13 il, həmyerlisi Günəş Bəşirov isə ömrünün 19 ilini həbsxanada keçirəcək.
İstintaq materiallarına əsasən, 2017-ci il iyulun 10-da Yekaterina Bibiki parkda gəzmək adı ilə maşınlarına mindirən cinayətkarlar onu meşə massivinə gətirərək növbə ilə zorlayıblar. Cinayətin izini itirmək üçün Günəş Bəşirov azyaşlı qızı boğaraq öldürüb. Hadisədən bir qədər sonra yenidən əraziyə qayıdan azərbaycanlı azyaşlı qızın cəsədi ilə də cinsi əlaqəyə daxil olub.