Beyləqan mədəniyyət şefi Nazim Mirzəyev necə Çovdarovluq edir? – Şok detallar

Beyləqanın mədəni-maarif müəssisələrində 311 nəfər işçi çalışır. Onların da 205 nəfəri ali və orta ixtisas təhsillidir. Bu rəsmi rəqəm şişirdilib.

Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin Beyləqan rayon nümayəndəliyinin rəhbəri Nazim Mirzəyev idarə rəisi Elman Məmmədovla əlbir olaraq “ölü canlar” saxladığı iddia edilir.

Yəni, işləməyənlərin maaş kartları N.Mirzəyevin nəzarətindədir və dövlətin ödədiyi əmək haqları gizli şəkildə mənimsənilir. Qalan işçilərin əmək haqlarından isə müxtəlif tədbirlər, braşurlar adı ilə pul tutulduğu xəbər verilir.

Nazim Mirzəyevin mülayim xasiyyətə malik olduğu, amma işçilərə qarşı bu cür maliyyə əməliyyatlarında amansız davrandığı bildirilir. Əslində, Beyləqan mədəniyyət şöbəsinin müdiri postunda hər zaman belə işləyibmiş.

Elə ki şöbə regional idarənin tabeliyinə verildi, rəis Elman Məmmədov gətirildi, Nazim Mirzəyev onunla hesablaşmalı oldu. Könül istərdi ki, N.Mirzəyev tək qazansın.

Ancaq onun bu işlərindən nazirlikdə xəbər tutsalar da, hansısa maraqlı məmurlar status-kvonu saxlayaraq, sistemi dəyişmirlər.

Hərçənd, mədəniyyət naziri Əbülfəs Qarayev struktur islahatları apararaq regional idarələrin yaradılması ilə şəffaflığın təmin ediləcəyinə, fəaliyyət funksiyasının yaxşılaşacağına vəd vermişdi.

Lakin heç nə dəyişmədi və digər rayon şöbələri kimi, Beyləqan mədəniyyət şöbəsi də “köhnə hamam, köhnə tas”la işləyir.

Nazim Mirzəyevin kitabxana, musiqi məktəbinin işçilərindən 10 manat, mədəniyyət və klub işçilərindən isə 20 manat alır.

Dəfələrlə “ölü canların” adına əmək haqqı alması irad tutulsa da, Nazim Mirzəyev böyük hissəsinin Elman Məmmədova və nazirliyə çatdığını bildirir.

Bundan əlavə, Nazim Mirzəyev baş mühasibi Məhəmməd Həsənova məxsus “Elmir-Murad” MMC vasitəsilə kənd klublarının, mədəniyyət evlərinin, kitabxana binalarının cari təmiri üçün vəsait ayrılıb, mənimsənilməsinə dəfələrlə nail olub.

Məsələn, 2014-cü ildə 120 min manat vəsait məhz Məhəmməd Həsənova məxsus “Elmir-Murad” müəsissəsinə verilib. Ayrılan vəsaitlər isə həmişəki kimi Təzəkənd, Bolsulu, Milabad, Kəbirli, Dünyamallar, Əlnəzərli, Qəhrəmanlı və digər kəndlərdə yerləşən kitabxanaların, mədəniyyət evlərinin, klubların “cari təmiri”nə, həmçinin digər avadanlıqların alınmasına “xərclənib”.

Həmçinin, başqa musiqi məktəbində işləyən müəllimlərin adına yazılan artıq dərs saatlarının puluna məhz Məhəmməd Həsənov nəzarət edir.

Baş mühasib artıq dərs saatlarından ayda 2 min manatdan çox gəlir götürür. Təbii ki, Nazim Mirzəyevin təlimatı əsasında…

Rayonun bütün kənd kitabxanalarınında çayxanaya, ya da dükana çevrildiyi qeyd olunur.

Yalnız rayon mərkəzi, Dünyamallar kənd, Şahsevən kənd və Kəbirli kənd kitabxanaları fəaliyyət göstərir ki, bu kitabxanaların bazası da sovet dönəmindən qalmadır.

Yerdə qalan 32 kitabxana isə Nazim Mirzəyevin sənədlərində fəaliyyət göstərir. Nazim Mirzəyev «ölü can»ların adına yazdığı maaşların hesabına ayda ən azı 7000 min manata yaxın təmiz qazanc əldə edir.

Nazim Mirzəyevin şəhər musiqi məktəbinə işə qəbul olunmaları üçün 2000-3000 manat arası aldığı iddia olunur. Təbii ki, bu maliyyə Elman Məmmədovla razılaşdırılır.

Bütün bu informasiyalardan gəlinən qənaət ondan ibarətdir ki, Nazim Mirzəyev sanki Beyləqan mədəniyyət şöbəsində bir çete qurub, özünü həbsdə olan MTN generalı Akif Çovdarov kimi aparır, onun iş adamlarını soymasını öz kiçik miqyasında təkrarlayır və Elman Məmmədov da bu şəbəkənin başındakı Eldar Mahmudovu xatırladır.

Əfsuslar olsun ki, internetdə axtarış verməklə Nazim Mirzəyevin fəaliyyəti barədə müsbət məlumata rast gəlinmir, kifayət qədər sərt tənqidlər, ittihamlar qarşımıza çıxır.

Lakin mədəniyyət naziri Əbülfəs Qarayev və nazirliyin region üzrə kuratoru bu məqalələri görməzdən gəlir, Maliyyə Nazirliyi təftiş aparmır.

Hər bir halda bu tənqidlərin olması araşdırma zərurəti yaradır və eləcə də qarşı tərəfin iddialara aydınlıq gətirməsinə əsas yaradır.

Mediada səslənən bu qədər ittihamlara baxmayaraq, hörmətli Nazim Mirzəyevin işində diqqətli olduğuna ümid edirik, deyilənlərə münasibətini geniş şəkildə dərc etməyə, eləcə də Beyləqandan reportaj hazırlamağa hazır olduğumuzu bildiririk. Reportyor.info cavab haqqı olaraq N.Mirzəyevin üzünə açıqdır.

Xatırladaq ki, Beyləqan rayon Mədəniyyət şöbəsi 1939-cu ildə yaradılıb. 2006-cı ildə Beyləqan rayon Mədəniyyət və Turizm şöbəsi adlandırılıb.

2017-ci ildən Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin Beyləqan rayon nümayəndəliyi adı altında fəaliyyət göstərir.

Nümayəndəliyin nəzdində 1 rayon Mədəniyyət Mərkəzi, 15 kənd mədəniyyət evi, 17 kənd klubu, 1 Mərkəz, 37 kənd kitabxana filialı, 1 Uşaq Musiqi Məktəbi, 1 rayon Tarix-diyarşünaslıq muzeyi və Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir.

Rayon ərazisində 1 dünya əhəmiyyətli arxeoloji abidə, 8 ölkə və 1 yerli əhəmiyyətli daşınmaz və tarixi abidə qeydə alınıb ki, bu abidələr 3 abidə mühafizəçisi tərəfindən mühafizə olunur.