Sumqayıt sakinləri Azəriqaz İB-nin fəaliyyətindən narazılıq edir – "20 mənzilin mavi yanacağa həsrətdir.."

Sumqayıt şəhər yeni yaşayış massivi Yaşıl Dərə adlanan ərazidə, 4-cü məhlənin bir qrup sakinləri tərəfindən Bakunews.az-a narazılıqlarla bağlı məlumatlar daxil olmaqdadır. Redaksiyamıza daxil olan məlumata görə, Sumqayıt şəhər Azəriqaz İstehsalat Birliyinin qanuna zidd əmələri ilə kütləvi narazılıqlar yaradır.

Xatırladaq ki, fəsilə uyğun olaraq əhalinin sosial təlabatı dəyişkənliyi ilə tənzimlənməkdədir. Yay fəslindən fərqli olaraq, qış fəslində əhalinin mavi yanacağa təlabatı digər fəsilərdən təlabatın fəqliliyi çoxalması ilə müşahidə edilir. Bunu həmçinin “Azəriqaz” İB və “Azərişıq” ASC-nin rəsmi çıxışlarında məhz bu mövzu əsas prioritet olaraq qoyulmaqdadır.
O zaman sual yaranır... Necə olur ki rəsmi qurumlar bu çıxışdan sonra məhələlərə 20 diametrlik turba ilə mavi yanacağın çəkilməsinə razılıq verir. Həmçinin 20 ailənin təlabatını nəzərə aldıqda, 80-100 nəfərin huquqları kobud şəkildə pozulmasına imkan yaradılır.
Qeyd edilənlərə görə, 4-cü məhələyə yaxın ərazidən keçən 100 diametrli mavi yanacağ turbasından Azeriqaz İB-nin əməkdaşları, əhaliyə 20 diametrlik turba ilə qaz xətti ayırıb. 20 diametrlik turba ilə xətt ayrılarkən, bu xəttə neçə mənzilin qoşulacağını idarə rəsmiləri tərəfindən xəbərdar edilirlər. O zaman bildiyi halda buna göz yumaraq, yaxın müddət ərzində fəsil dəyişkənliyində yaranacaq problemlərdəndə xəbərdar olduqları qənaitinə gəlinir. Əhali arasında hakim dairələrə qarşı narazılığın kiçik məsələdən yarandığını unudaraq şəxsi maraqlarına xidmət edənlər bir gün qanun qarşısında cavab verəcəklərini görən düşünmürlərmi?...
Beləki, qeyd edilən ərazidə ana xətdən məhələyə gedən xəttin cəmisi 20 diametrlik turbadır. Həmin 20 diametrlik turbadan isə 20 mənzilə xətt ayrılmışdır. Qanunla götürdükdə 20-lik turbadan 20 mənzilə ayrılan xətt, bu mənzilərin mavi yanacağa olan təlabatını heç cürə ödəmək iqtidarında deyil. Yay fəslinəd mavi yanacağa təlabat çox az olsada qış fəslində bunun tam əksi, daim müşahidə edilən halardandır. Məsələ ilə bağlı sakinlər dəfələrlə Sumqayıt İcra Hakimiyyətinə gedərək şikayət etdiklərinidə qeyd edirlər. Amma İcra hakimiyyətinin səlahiyyətliləri onların sosial təlabatına dair heç bir göstərişlər verməyib və ya “verib” amma icra edilməyərək qalmaqdadır... mütəmadi olaraq Yaşıl dərə adlanan ərazidə tək 4-cü məhələ deyil digər məhələ sakinləridə Azəriqaz istehsalat Birliyinin fəaliyyətindən narazılıqların bildirməkdədirlər. Sosial problemin həli yolunun çox sadə olmasına baxmayaraq idarələr problemin həlinə deyil daha da qabardılaraq media gündəmində səslənməsinə üstünlük verdikləri isə gözlə görünməkdədir.
Əslində isə 20 ailə üçün Mavi Yanacağın verilməsi qanuni olaraq minimum 50 dm.lik turba ilə çəkilməlidir. Qanunda isə mənzilə gedən xətt 20 dm.li turba ilə ana xətdən götürülməli olduğu halda əhalinin təlabatı heç cürə ödənilməsi mümkün olan deyildir.