Xocalı soyqırımı! Bu ifadə özündə dəhşətləri əks etdirib tükləri ürpədir. Anidən göz önündən hansısa qorxunc fraqmnetlər, insan qışqırıqları, fəryadlar, günahsız uşaqların ölümü keçir.Bəli, yüzlərlə insan günahsız şəkildə həyatlarını itirdilər. Belə ki, DogruXeber.az informasiya agentliyi bildirir ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni vəhşilərinin və Rusiyanın 366-cı moto alayının köməyi ilə Xocalı şəhərinə hücum edildi. Gözlənilməz zərbədən pərən-pərən düşən insanlar ətrafa səpələnməyə başlamışdılar
. Qəfil şəhərə daxil olan erməni terrorçuları qadınları, kişiləri, körpə və qocaları amansızlıqla qətlə yetirdilər. Bu insanlığın ən vəhşi üzü , ailələrin soyqırımı idi. Ağır artileriyayla şəhərə hücum edən düşmənlər əhalini evlərindən didərgin saldılar. Qaçıb canını qurtaranlar illərlə qazandıqlarının hamısını geridə buraxdılar. Qaça bilməyənlərsə düşmən əsirliyində qalıb min bir işgəncələrəməruz qaldıl. Şəhərdə qan sus selinə dönmüşdü. Ayağı yalın, başıaçıq, nazik geyimlə meşələrə, dağlara qaçan insanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü.
Qadağan olunmuş silahlardan istifadə edən erməni terrorçuları şəhəri gülləbaran edib 613 nəfərin həyatına göz qırpmadan qıydılar. Yaşanan epizodları göz önünə gətirdikcə insan dəhşətə gəlir. Həmin bu soyqırım baş verərkən dünya ölkələrinin laqeydliyi insanda təəssüf doğururdu. Həmin hadisələrin canlı şahidləri aldıqları travmaların təsirindən indiyədək yaxa qurtara bilmirlər. Hər müsahibədə danışdıqca gözləri dolur, özlərini narahat hiss edirlər.
Sanki anidən yenə də elə bir qətliam həyata keçiriləcək, onlar da yenidən təşvişə düşəcəklər. Şahidi olduqları işgəncələr onların yuxularına belə tez tez girir. Erməni əsirliyində olan şahidlər həmin dəhşətli anları dilə gətirdikcə göz yaşlarına hakim ola bilmirlər. Bu soyqırımı illər keçsə də hələ də tanımaq istəməyən ölkələr var. Sanki bütün baş verənlər heç olmauyıbmış kimi görməməzlikdən gəlirlər.
Halbuki insanın ürəyini parçalayacaq dəhşətli görüntülər, faktlar var. Xocalı faciəsi təkcə xocalıların deyil, bütün Azərbaycan və türk dünyasının faciəsidir. Hər il fevral ayının bu günü ağır hüzn, kədər günü kimi anılır.
Ermənilər özlərinin törətdikləri vəhşiliyi elə özləri də etiraf ediblər. Hətta Zori Blayan 1996-cı ildə yazdığı “Ruhumuzun dirilməsi” kitabında etdikləri cinayəti, soqyqırımı açıq-aşkar fəxrlə qeyd edib.
Onlar öz etdiklərini tarixə bu cür saldığı halda biz niyə bu soyqırımı unutmalıyıq ki? Bu bizim qan yaddaşımız, gələcək nəsillərə düşmənimizin kim olduğunu görk etdirmək üçün dərsimizdir. Lakin XXI əsrdə gənclərimizin laqeydliyi, tariximizi asanlıqla tez unutmaları heç də yaxşı bir göstəricidən xəbər vermir. Məhz bu baxımdan tədbirləri mütəmadi keçirmək, televiziya kanallarında ildə bir dəfə deyil, bir neçə dəfə bu faciə xatırlanmalıdır. Belə olduqda tariximiz unudulmaz, gənclərdə vətənpərvərlik hissi də sönməz. Gənclərimizə, uşaqlarımıza milli ruhda tərbiyə aşılanmalıdır. İndiki dövrə hər bir şəxsin ailədə, işlədiyi müəssisədə, ətrafındakı insanlara və gələcək nəsillərə bu qanlı tarixi xatırlatması və əbədi yaşatması mənəvi borcudur.