Rusiyanın Qafqaz magistralında baş verən qəza nəticəsində ölənlərin hamısı Azərbaycan vətəndaşlarıdır.
Bununla bağlı “İnterfax” məlumat yayıb.
Bildirilib ki, qəza zamanı mikroavtobusda 8 nəfər olub.
İlkin versiyaya görə, qəzaya “QAZ-66” markalı avtomobilin sürücüsü sükan arxasında yatması səbəb olub.
08:55
Azərbaycandan Moskvaya gedən mikroavtobusun qəzaya düşməsi nəticəsində altı nəfər ölüb.
“Ren” TV-nin yaydığı məlumata görə, hadisə yerli vaxtla 05:30-da Qafqaz magistralının 252-ci kilometrliyində, Nevinnomıssk rayonunda qeydə alınıb.
Qəza zamanı “Mercedes Vito” və “QAZ-66” markalı avtomobillər toqquşub. Hadisəyə “QAZ-66” markalı avtomobilin qarşı yola çıxması səbəb olub.
Hadisə zamanı altı nəfər ölüb, beş nəfər isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Mikroavtobusun Azərbaycandan Moskvaya doğru hərəkət etdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.