Arif Qasımov Nizami rayonunu poliqana çevirib

Əgər ərazidə park salınması faktı doğru olsa idi nədən “yeni salınan parkın” sağ tərəfindəki ərazi hələ də tam baxımsızdır. Bundan əlavə “yeni salınan parkda” insanların istirahəti üçün bu məqsədlə hər hansı avadanlıq quraşdırılmayıb. Əksinə sovet dönəmindən qalanlar dağıdılıb.

Arif Qasımovun Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinatı bu rayonu sözün əsl mənasında qeyri – standart tikinti poliqonuna çevirib. Təyinatının ilk günlərindən qanunsuz sərəncamları ilə medianın gündəminə gələn icra başçısı, bu yaxınlarda R.Rüstəmov küçəsində sakinlərin gediş – gəliş yollarının qarşısını kəsməklə icazə verdiyi tikili ilə bağlı ciddi qarşıdurma yaratdı. Tabeçilikləri məlum olmayan qoçular vasitəsilə sakinlərə təzyiq edən icra başçısı sonda məsələnin ictimaiyyəşləməsindən sonra ərazidəki tikintini müvvəqqəti saxlamaq məcburiyyətində qaldı. AzBaku.info-nun əməkdaşı əraziyə növbəti dəfə baxış zamanı ərazinin yenidən dəmirlə hasarlandığının şahidi olub. Əməkdaşımız Qara Qarayev küçəsindəki tikintisi davam edən və təyinatı hələ ki, bəlli olmayan obyektlər olan əraziyə baxışı zamanı isə on illər öncə əkilən ağacların pərakəndə şəkildə kəsildiyini lentə alıb. Xatırladaq ki, həmin ərazi ilə bağlı media dəfələrlə məlumat dərc etsə də, Nizami rayonunun aidiyyatı sturukturları məsələyə hər hansı münasibət nəinki bildirməyiblər, əksinə ərazidə yeni – yeni sahələr dəmir torlarla hasarlanır, daha sonra isə yeni tikintinin bünövrəsi qoyulur. Oxucuların nəzərinə çatdıraq ki, ilk təəsüratdan restoran təsiri bağışlayan tikilinin olduğu ərazinin qarşısına “yeni park salınır” məzmunlu elanın asılması sadəcə blef məqsədi daşıyır. Çünki elan asan strukturun təbirincə desək “park salınan”ərazinin digər hissəsi tam baxımsız vəziyyətdədir. Əgər ərazidə park salınması faktı doğru olsa idi nədən “parkın” sol tərəfindəki restoran 24 saatlıq hələ də fəaliyyətdədir? Və ya “yeni salınan parkın” sağ tərəfindəki ərazi hələ də tam baxımsızdır. Bundan əlavə “yeni salınan parkda” insanların istirahəti üçün bu məqsədlə hər hansı avadanlıq quraşdırılmayıb. Əksinə sovet dönəmindən qalanlar da dağıdılıb.

Nəqliyyat nazirliyinin strukturları Rabitə və Yüksək Texnologiyalar nazirliyi ilə birləşməmişdən öncə şəhər sakinlərinin “8-ci km” adlandırdıqları ərazidə, “Diqlas” adlanan ticarət mərkəzinin qarşısından keçən avtobusları dayanacağda saxlamağa məcbur edən əmkdaşlar da artıq aylardır ki, gözə dəymirlər. Çünki ərazidə dayanacaqda yoxdur. İnsanlar Nizami rayon İcra hakimiyyətinin başçısı Arif Qasımovun imzaladığı hansısa sənədə görə həyatlarını yolun kənarında avtobus gözləməklə təhlükəyə atırlar. Əslində şəhər sakinini düşünmək mövcud “şərtlərlə” obyekt sahibi olacaq sahibkar üçün vacib amil deyil. Insan amilini məhz yerli icra strukturları əsas götürməlidirlər. Əfsuslar olsun ki, hələ ki. Arif Qasımovun rəhbərlik etdiyi rayonda bunun əksi təzahür edir. Məsələnin ən qəribə tərəfi isə əraziyə Ekologiya və Təbii Sərvətlər nazirliyinin yerli strukturunun baxış keçirərək hüquqi qiymət verməməsidir. Əslində ETS naziri cənab H.Bağırovun paytaxt və paytaxtətrafı ərazilərdəki yaşıllığa həssas münasibəti hər kəsə məlumdur. Bəs elə isə nazirliyin yerli strukturu nədən məsələyə biganə münasibət sərgiləyir? Axı Ulu Öndər Heydər Əliyev zamanında “paytaxtda ağacları kəsənlər mənim balalrımın başını kəsirlər” – demişdi. Siz nə edirsiniz cənablar?

Mövzuya qayıdacağıq.

Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırıq.

AzBaku.info