İlham Əliyevlə Paşinyan görüşdü

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qısa görüş olub.


AzBaku.org Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan paylaşıb. O, görüşün Şərq Tərəfdaşlığı tədbiri çərçivəsində baş tutduğunu deyib.

Paşinyan növbəti görüşlər barədə konkret planların olmadığını, amma danışıqlar prosesinin davam edəcəyinə əmin olduğunu deyib.