YƏNİ DOĞRUDANMI AĞSU RAYON YOL İDARƏSİNİN MÜDİRİ SİZİ EŞİTMİR, YOXSA BUNUN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ VAR ?
Hörmətli Salaeh Məmmədov! Yaqin ki, Dövlət Agentliyinin Ağsu rayon şöbəsində nələr baş verdiyindən xəbəriniz var? Çünki 4 aydan çoxdur ki, yol idarəsinin sabiq sürücüləri Hikmət Əvəz oğlu Mirzəyev və Zaur Fuad oğlu Həsənov idarənin müdiri, rüşvətxor və korrupsioner Aqil Mirzəyevin qanusuz hərəkətlərindən, yalançı, süründürməçi, fırıldaq əməllərindən respublikada yazmadıqları yer qalmayıb. Yaqin ki, Siz buun əsas səbəblərini bilirsiniz? Ona görə bilirsiniz deyirik ki, Siz Cocuq Mərcanlıda səyyar qəbul keçirərkən bu insanları da qəbul etmiş, diqqətlə dinləmiş və onların şikayətlərini yerindəcə həll etmək üçün Bakıya- Agentliyə dəvət etmişdiniz. İnsafən sözünüzün üstündə durduuz, amma nədənsə, hansı səbəblərdənsə özünüz qəbul etmədiniz. ya yadınızdan çıxdı, ya da...Deyirlər Aqil Niftəlyevin əli çox uzundur. Ağsuda otura- otura Bakıda çox yerlərə əli çatır, çox işləri qarışdırır. Onun "güclü" və "möcüzəli" təsirindən heç kim qurtara blmir.
Ona görə də Hikmət Mirzəyev və Zaur Həsənovun aidiyyatı təşkilatlara yazdığı şikayətlərə baxılmaq üçün Sizə göndərilən məktubları kimsə orda gizlədir, ört- basdır edir və Sizə yalan məlumat verir. Yoxsa Siz Cocuq Mərcanlıda o haqqı- hüququ pozulmuş zavallı insanlara verdiyiniz sözü unutdunuz? Axı, onlar Sizə çox böyük ümid bəsləyir və inanırdılar. Bəs nə üçün onları qəbul etmədiniz? Yoxsa Aqil Niftəliyevin ətrafınızda olan havadarları Sizə mane oldu?Yalan məlumatlarla Sizi inandırıb fikrinizdən daşındırdılar? Yəni doğrudanmı adi bir yol idarəsinin müdiri bu qədər möcüzəli təsir gücünə malikdir? Yoxsa... Yoxsa 5 il hər ayın əməkhaqqını son qəpiyinə qədər yalan, fırıldaq, hərbə- zorba, qorxu yolu ilə əlindən alan, ehtiyat maşın hissələri və benzin vermək əvəzinə hər ayin axırı ağ kağızlara və boş blanklara qol çəkdirən, onları əyriliyə, saxtakarlığa, oğurluğa sürükləyən Aqil Niftəliyevin əmələ, heç bir məntiqə, əxlaqa və insanlığa sığışmayan işlərindən xəbəriniz yoxdur?
Yoxsa şikayətçilərin dediyinə görə idarədə 30- 40 nəfər əvəzinə 80- 90 nəfərin "işlədiyindən" məlumatınız yoxdur?Amma, əlbəttə, bu, Sizin öz işinizdir, Dövlət Agentliyinin, Ağsu rayon yol idarəsinin öz daxili işidir. Hər bir idarənin öz iş prinsipi var, bəlkə də belə lazımdır. Amma, cənab sədr, Siz heç təsəvvür edirsinizmi 5 il işləyib əməkhaqqı almamaq, kişi üçün,valideyn üçün nə deməkdir? Bu, həmin insanların mənəvi intiharı, gündə neçə dəfə olüb dirilməsi deməkdir. İnsanları bu hala çatdırmaq, iqtisadi burulğana salmaq, mənəvi aşınmalara məruz qoymaq dünyada ən böyük bəşəri cinayətdir. Məhz buna görə də hörmətli Cənab Prezidentimiz İlham Əliyev həmişə, hər zaman dönə- dönə deyir: sitat: " Biz insanlara xidmət etmək üçün vəzifəyə gəlirik yeni- yeni iş yerləri açmaq, vətəndaşları işlə təmin etmək, onların qayğısına qalmaq, əgər bir tərəfdən bizim vəzifəmizdirsə, digər tərəfdən isə mənəvi borcumuzdur." Bəs Ağsu rayon yol idarəsində, onun timsalında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində vəziyyət necədir? Məntiqlə belə çıxır ki, bu dövlət müəssisəsində ölkə başçısının dediklərinn əksinə iş aparılır, insanları öz yerlərindən didərgin salır, yalandan vədlər verərək, aldadaraq ərizə yazdırıb işdən şıxarır, qapılara düşməyə məcbur edirlər.
Hörmətli Saleh Məmmədov! Deyirlər Siz yaxşı adamsınız. Bu qədər incidildiklərinə, haqqı- hüququ pozulduqlarına baxmayaraq Hikmət Mirzəyev və Zaur Həsənov Sizdən o qədər də narazı deyillər. Onlar hələ də Sizə inanırlar. Elə biz də Sizə ümid edirik. DogruXeber.az-ın redaksiyasına gələn şikayətə əsasən Ağsu rayon yol idarəsindən yazsaq da heç bir reaksiya verilmədi. Düşünürük ki, aqil Niftəliyevdən fərqli olaraq ölkəmizin sabitliyi, insaların pozulmuş hüquqlarının bərpası, onların maddi- rifah halının yüksəlişi, haqq- ədalət Sizi daha çox maraqlandırır və işinizi bu dəyərlər və prinsiplər üzərində qurursunuz. Və həm də ümid edirik ki, bütün dəyərlərin fövqündə duraraq Aqil Niftəliyevin Agentliyiniz haqqında bizdə yaratdığı mənfi fikrləri aradan qaldıracaq və beləliklə də bizim yenidən bu mövzuya qayıtmağımıza ehtiyac qalmayacaq. Çünki Sizin özünüzün həll edə biləcəyi bir məsələni ictimailəşdirmək, aidiyyatı orqanlara və nəhayət, bu neqativ halları respublika rəhbərliyinin diqqətinə çatdırmağa, bir nəfər əyalət müdirinin tamahı və təqsiri üzündən Dövlət Agentliyinin adını hallandırmağa heç bir lüzum yoxdur. (dogruxeber.az)
Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq: