Dünyanı yeni xəstəlik təhdid edir - Xəbərdarlıq

2014-cü ildən bəri İngiltərədə qızılazar xəstəliyində görünməmiş bir yüksəliş var və indi elm adamları bunun nə ilə əlaqəli olduğu sualına cavab axtarırlar. Konkret.az Belarus mətbuatına istinadla xəbər verir ki, xəstəliyin yayılmasının əsas səbəbi İngiltərədə qızılazarın daha güclü yeni streptokok A virusu ilə bağlıdır. Tədqiqatlar göstərib ki, yeni virus sələflərindən doqquz dəfə güclüdür. Tədqiqatçılar 2014-cü ildən 2016-cı ilə qədər İngiltərə və Uelsdə yayılan bakteriyaların analizlərini təhlil ediblər.
[quote][/quote]

Alimlərin fikrincə, bu, təkcə İngiltərədə 2019-cu ildə belə xəstələrin sayı 30000-40000-ə çatıb. Qeyd edək ki, 2014-cü ildə bu rəqəm 15 000 təşkil edib. Beləliklə, ötən əsrin 60-cı illərindən bəri göstəricilər maksimum həddədir. Görünən odur ki, xəstəlik durmadan artır. Qızılazar çox ciddi bir xəstəlik olmasa da, sətəlcəm, artrit, ürək və ağciyər xəstəlikləri də daxil olmaqla ağır fəsadlara səbəb ola bilər. Streptokok A bakteriyası ümumiyyətlə, burun və boğazda yaşayır. Bu virus asqırma və ya öskürərkən ən kiçik damcılar vasitəsilə hava vasitəsilə yayılır.

Konkret.az