Baş məşqçimizin qızı futbolçu ilə evlənir - Toy Miladdan sonradır

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç üçün 2019-cu il əlamətdar hadisə ilə yekunlaşacaq.


AzBaku.org xəbər verir ki, xorvatiyalı mütəxəssisin 25 yaşlı böyük qızı Lana ailə həyatı quracaq.

Şəxsi həyatını mümkün qədər gizlətməyə çalışan gənc xanım hazırda Kiprin “Enosis” klubunun şimali makedoniyalı futbolçusu Risto Mitrevskiyə ərə gedir. Cütlük Mitrevski hələ Xorvatiyanın “İstra 1961” klubunda oynadığı vaxt (2016/17 mövsümü) tanış olub.

Bu ilin martında qərar verilən toy mərasimi Milad Bayramından bir neçə gün sonra keçiriləcək. Artıq ilk övladını gözləyən cütlüyün münasibətlərinin hansı ölkədə rəsmiləşdirəcəyi dəqiqləşməyib. Bu məlumatı Xorvatiyanın məşhur “Yutarnyi list” nəşri yayıb. Baxmayaraq ki, Lana sosial şəbəkələrdə sevgilisinin şəkillərini paylaşmamaqla bu münasibətləri gizli saxlamağa çalışıb. O daha çox atası Nikola, anası Sandra və kiçik bacısı Laura ilə olan şəkillərini, eləcə də özünün fitnesdən fotolarını paylaşır.

Lana Yurçeviç əvvəl “Atlantik Qrup” şirkətinin əsas səhmdarı və baş direktorunun oğlu Emil Tedeski ilə sevgili olub. Onunla Zaqrebdəki İqtisadiyyat və Menecment Məktəbində tanış olub. Lana ötən yayın sonlarında münasibətlər pozulub və onunla Avstraliyada çəkdirdiyi şəkilləri sosial mediadakı hesabından silib.

Bu cütlüyün niyə ayrıldığının səbəbi bilinməsə də, 23 yaşlı Emil Tedeskinin varlı Mixail Perençeviçin qızı, əvvəlki nikahından üç övladı olan 40 yaşlı Nika ilə evlənməyi planlaşdırdığı müəyyən olunub.

26 yaşında evlənmiş Nikola Yurçeviç isə bu haqda danışıb: “Bağladığım müqaviləyə əsasən işlədiyim şəhərlərdə onların yaşamaq hüququ olub. Həyat yoldaşım ən böyük dəstəkçimdir. Qadının evin üç küncünü tutduğunun deyilməsinə baxmayaraq, deyə bilərəm ki, o, bütün künclərini tutur. Qızlarım kiçik olanda o onların hər bir problemini həll edib, uşaqlara da, mənə də çox dəstək olub. Onsuz mənə çətin olardı.

Uşaqlar artıq böyüyüb. Başqa şəhərdə yaşasalar da, biz müntəzəm olaraq ünsiyyətdəyik. Yaxşı münasibətlərimiz var. Onlar yaxşı tələbələrdir, xarici dildə danışırlar. Qızlarım nəzakətli, təvazökar və ünsiyyətcildirlər. Ancaq mediada onların olmadığı kimi təqdim olunması məni üzür.

Qızlarım insanlara hörmət etmək, pulun dəyərini bilmək, mənəvi və insani keyfiyyətlərə sahibdir. Bu mənim üçün ən vacib şeydir. Ancaq KİV-də olmayan şeyləri yazırlar.

Manipulyasiyaya qarşı deyiləm. Çünki qızlarım və ailəmin tez-tez ziyarət etdiyi Moskva, İstanbul və London kimi dünya şəhərlərində yaşamaq imkanım olsaydı və böyük klublarda işləsəydim, niyə qızıma bir şey almayım? Bu hədiyyə çanta və ya ayaqqabı ola bilər. 1994-cü ilin saatını qızıma verməklə özümə bəraət qazandırmalıyam? 15 il Malinskdə yaşadıqdan, 25 illik evlilik həyatından sonra biz İbisaya getdiyimizi niyə əsaslandırmalıyıq? Bütün bunlar düzgün təqdim olunmayanda narahat oluram”(oxu.az)