Gürcüstanda azərbaycanlı deputatın toydakı rəqsi hamının diqqətini cəlb edib.
“Yeni Sabah”ın məlumatına görə bu, Gürcüstan parlamentində təmsil olunan və hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasından olan Azərbaycan əsilli millət vəkili Savalan Mirzəyevdir.
Yayılan videoda onun toyda oynadığı və başından pul səpildiyi görünür. Bu isə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə də müzakirə mövzusu olub.
Bəziləri onun bu hərəkətlərini xalqa yaxınlığı ilə əlaqələndirərək müsbət fikirlər qeyd edib. Bəzi istifadəçilər isə onu sərt tənqid edib və deputatın məclisdə belə hərəkətlər etməsini yolverilməz sayıb. Belə bayağı mahnılara oynayan deputatın onlara lazım olmadığını bildirənlər də olub.
Deputatın bundan əvvəl də oxşar videosu yayılmışdı. Həmin videoda S.Mirzəyev rəqs edənlərin başına pul səpirdi.
Sizə həmin görüntünü təqdim edirik.