Koronavirusla əlaqədar insanların özünütəcrid şəraitində yaşaması müxtəlif heyvanların küçə və yollarda sürü halında gəzməsi ilə nəticələnib.
“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, ABŞ-ın Miçiqan ştatında maral sürüsü şəhərin küçələrinə axın edib.
Yerli sakinlərdən biri şəhərdə gəzişən maral sürüsünü mobil telefonuna çəkərək sosial şəbəkələrdə paylaşıb.