Ata idman etmək istəməyən oğluna işgəncə verdi - VİDEO

Sosial şəbəkələrdə idman etmək istəməyən oğlunu qəddarcasına döyən ata barədə dəhşətli görüntülər yayılıb. “BAZA” “Telegram” kanalının məlumatına görə, kadrlar Rusiyada çəkilib.

Dəhşətli videodan görünür ki, ata oğlunu əvvəlcə əlləri ilə, sonra isə dəmir boru ilə döyür.


Kadrlar sosial şəbəkələrdə yayıldıqdan sonra polis ailəni tapıb. Bütün bədəni qançır olan uşaq xəstəxanaya yerləşdirilib.

Ataya – qırğız əsilli 34 yaşlı Edelbek Abdinozarova qarşı isə “İşgəncə” maddəsi ilə cinayət işi açılıb. Onu üç ildən səkkiz ilə qədər azadlıqdan məhrumetmə gözləyir.
Ata idman etmək istəməyən oğluna işgəncə verdi - VİDEO