Yardımsevərliyi ilə tanınan məşhur idmançı və iş adamı Kamil Zeynallının müğənni həyat yoldaşı Gülay Zeynalova gəzən söz-söhbətlərə aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, sənətçi “Instagram” hesabında canlı yayıma çıxaraq, izləyicilərlə söhbətləşib və ona yazılan sualları cavablandırıb.
Makiyajsız halda kamera qarşısına çıxan Gülay izləyicisinin “Üzünüzdə estetik prosedurlar keçirmisiniz?” sualına bu cür reaksiya verib:
“31 yaşım var. Botoks, gel kimi süni şeylərdən istifadə etmirəm. Düşünürəm ki, bunları etmək mənim üçün hələ tezdir. Üzümə və dodağıma mezo iynələri vurdururam. Bu da dərimə təravətlik gətirir. Qaşımı da “mikrobledinq” etmişəm. Ümümiyyətlə, bəzənib-düzənməkdən çox, makiyajsız gəzməyə üstünlük verirəm”.
Daha sonra izləyiciləyicilərdən birinin “Saf həyat yoldaşınız var, imkansızlara yardım edir” şərhinə G.Zeynalova “çox sağ olun” deyərək, lakonik cavab verib.
Qeyd edək ki, sosial mediada uzun müddətdir idmançı Kamil Zeynallı ilə Gülay Zeynalovanın boşandığı haqqında məlumatlar dolaşır. Lakin cütlük bu xəbərlərin yalan olduğunu bildirərək, inkar edirlər. Onların Sahilə adlı bir qız övladı var.