MTRŞ-nin Aparat rəhbəri işdən çıxdı

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev vəzifəsindən azad olunub.

Bu barədə Asəf Hacıyev özü məlumat verib.

O bildirib ki, MTRŞ-də tutduğu vəzifəsindən öz ərizəsi ilə ayrılıb:
“1996-cı ildən Bakı Dövlət Universitetində çalışıram. Məhz pedaqoji fəaliyyətimlə bağlı özüm ərizə ilə müraciət edib, vəzifədən azad olunmağımı istəmişəm”.

Qurumun Aparat rəhbəri vəzifəsi isə MTRŞ sədrinin köməkçisi Fazil Novruzova həvalə olunub.

Xatırladaq ki, A.Hacıyev 2019-cu ilin yanvar ayından MTRŞ-nin Aparat rəhbəri vəzifəsində çalışırdı.

Qeyd edək ki, bu barədə ilk xəbəri Unikal.org yayıb.