“Azərbaycanda 143 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb”.
AzBaku.org-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, üç nəfər vəfat edib:
“COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1942, 1944 və 1956-cı il təvəllüdlü üç nəfər vəfat edib. 44 nəfər isə koronavirusdan sağalaraq evə buraxılıb.
Ümumilikdə, Azərbaycanda 2422 nəfər koronavirusa yoluxub, 31 nəfər vəfat edib. Bu gün 7420 nəfər test olunub. Ümumilikdə, 188.950 test icra olunub”.