Azərbaycanda sahibkarların əsas problemləri açıqlandı

Azərbaycanda sahibkarların əsas problemləri açıqlandı












“Bu gün quşçuluq sektorunda olan sahibkarlar bizə daha çox müraciət edirlər”.
AzBaku.org-ın məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev “Yeni” TV-nin canlı yayımında bildirib.
Onun sözlərinə görə, sahibkarlar qida məhsulları xaricdən gəldiyi üçün güzəştlər olmasını istəyirlər:
“Eyni zamanda, kənd təsərrüfatı sektorundakı sahibkarlar suvarma sahəsində problemlərlə bağlı müraciət edirlər. Bizim bir nömrəli məsələ maliyyə institutlarına çıxışdır. Sosial yardım, subsidiya ilə maliyyə imkanı fərqli qavramlardır”.
“Bizim fondlarda, təşkilatlarda yetərincə vəsaitlər var. Səmərəli layihə olarsa, yardım edilir. Biz çalışırıq ki, sahibkarların maliyyə imkanlarına çıxışı olsun”, - M.Musayev qeyd edib.
(oxu.az)