SƏNSİZ
Sevgi təmiz olarsa, ürəyə şübhə salmaz,
Düşüncələr dağılar, baş üstün, duman almaz,
Heç kəsin əllərinə, heç zaman, möhtac olmaz,
Bir günüm də olmasın, əzizim inan sənsiz.
Sənin qısqanc baxışın, qartal gözünə bənzər,
O alovlu sözlərin, düşmən sözünə bənzər,
Tez alışan, tez sönən, alov közünə bənzər,
Bir günüm də olmasın, əzizim inan sənsiz.
Biri qəhqəhə çəkər, biri dərddən ağlayar,
İki sevən aşiqlər, bir düyünü bağlayar,
Dualarım hər zaman, gülüm səni saxlayar,
Bir günüm də olmasın, əzizim inan sənsiz.
Müəllif: Ramiz Abdullayev