Azərbaycan idmanına itki üz verib

Azərbaycan idmanına itki üz verib













Azərbaycan futbol ictimaiyyətinə ağır itki üz verib.
Oxu.Az xəbər verir ki, Əlillər Futbol Federasiyasının prezidenti Şaiq Həmidov vəfat edib. O, xərçəngdən əziyyət çəkirmiş.
9 oktyabr 1951-ci ildə Mingəçevirdə anadan olmuş Şaiq Həmidov 2018-ci ilin sonunadək Milli Paralimpiya Komitəsində vitse-prezident və baş katib vəzifələrində işləyib.
Həmçinin o, son vaxtlaradək AFFA nümayəndəsi kimi Premyer Liqa oyunlarına təyinat alırdı.
Allah rəhmət eləsin!