Qızdırması olduğu üçün imtahana buraxılmayanlara daha bir ŞANS - VİDEO

Qızdırması olduğu üçün imtahana buraxılmayanlara daha bir ŞANS - VİDEO












Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərlə bağlı məsələyə münasibət bildirib.
AzBaku.org-ın məlumatına görə, o, bu barədə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, bütün məzunlar attestat alacaqlar:
“Təbii ki, indi imtahana qoşula bilməyənlər üçün sentyabrda imtahan olacaq. Amma çalışacağıq ki, xəstə olmayan şagirdlər imtahan versinlər. İyunun 10-da imtahanlara buraxılmayanların məsələsi bir həftə sonra həll olunacaq, hazırda onlar bizə ərizə yazırlar”.
M.Abbaszadə qeyd edib ki, xəstə olanlar imtahana gəlməməlidirlər:
“Kim xəstədirsə, imtahana gəlmək məcburi deyil, onlar əvvəlcə öz sağlamlığı barədə düşünməlidirlər”.