Sumqayıt sakini faciəli şəkildə öldü

Sumqayıt sakini faciəli şəkildə öldü









Sumqayıtda 24 yaşlı gənc faciəli şəkildə ölüb.

.AzBaku,org xəbər verir ki, hadisə şəhərin Beşinci məhəlləsində baş verib.

Belə ki, 1996-cı il təvəllüdlü Əliyev Şahin Allahyar oğlu yaşadığı binanın ikinci mərtəbəsindən yıxılıb.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

O, ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ancaq bütün müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.

Gəncin meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalara başlanılıb./oxuaz/