Bunu Rusiyanın "Ximki" klubunun futbolçusu Ayaz Quliyev "RB Sport"a müsahibəsində deyib.
O, Azərbaycan millisinin formasını geyinməkdə heç vaxt imtina etmədiyini söyləyib: "Bu fikir daim beynimdədir. İlk dəfə Rusiya Premyer Liqasında oynamağa başlayanda mənə Azərbaycan millisində oynamaq təklif edilmişdi. Amma həmin vaxt çempionatda limit var idi və legioner sayılacaqdım. Bu, məni narahat edirdi. İndi isə qaydalar fərqlidir, asanlaşıb. Ona görə də hər şey ola bilər".
Qeyd edək ki, Ayaz Quliyev Rusiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib.