Ağstafa Mərkəzi xəstəxanasında baş verən qanun pozuntuları ilə bağlı Respublika Prokururluğu Yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə ciddi yoxlamaların keçirilməsi ilə bağlı müraciətimizdə olacaq.
Ağstafa səhiyyəsində baş verən qanunsuzluğun tüğyan etməsi dözülməz hal almışdır. Beləki, RMX-nın daxili şöbələrində baş verən qanun pozuntusu ilə bağlı baş həkim Fatimə xanımla əlaqə saxlayaraq məsələyə münasibət istəməyə çalışsaqda, xanım baş həkim suallarımıza cavab verməkdən boyun qaçırmaqdadır. RMX-nın müayinə şöbəsində UZİ həkimi Könül xanımın yaratdığı korrupsiya burulğanı rayon sakinlərin boğaza yığıb. Xəstəxananın texniki işçi olan xanım əməkdaşları özünə köməkçi olaraq işlədən Könül həkim qanun tanımır. Onun xəstəxana daxilində apardığı qanunsuz olaydan xəbərdar olan baş həkim bir kəlimə ilə onunla bacara bilmədiyini vurğulayıb. Digər suallarımıza cavab ala bilmədiyimizdən, Könül xanımın kimə arxalanaraq Səhiyyə Nazirinin əmrlərinə tabe olmamasını öyrənə bilmədik. BakuNews.az-a etibarlı mənbələrdən verilən məlumatda isə hətta Könül həkimin baş həkimi hesaba qoymadığı qeyd edilir.
Məsələ ilə bağlı baş həkimin mövqeyin öyrənmək istəyən jurnalist Aqil Qaraşova daha sonra gələn zənglər bunu subut etməkdədir. A.Qaraşova "jurnalist"lər zəngləri ilə hədə-qorxu gələrək UZİ həkiminin barəsində verilən məlumatın dərc edilməməsini tələb ediblər. Məsələ ilə bağlı jurnalist A.Qaraşov hüquq mühafizə otqanlarına müraciət edib.
Mövzu diqqətimizdədir.
Redaksiyadan: yazıda adı keçən şəxs və qurumların mövqeyin dərc etməyə hazırıq.