Polis tiktokerin saçını qırxıb? - AÇIQLAMA + FOTO
Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın saçının guya polis orqanlarında kəsilərək görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı iddialara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib ki, görüntülər polisin inzibati binasında çəkilməyib:
“Bu hansısa şəxsin və ya şəxslərin özfəaliyyətidir. Faktla bağlı araşdırma aparılır”.
Qeyd edək ki, həmin şəxs “TikTok”da polisi təhqir edib.